Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO

Azərbaycan Kuboku: “Neftçi” qrup lideri kimi yarımfinala yüksəlib - FOTO
27 2024 09:41

“Sərhədçi” İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.

Oxu.Az xəbər verir ki, günün ilk oyunu “Xırdalan” və “Sumqayıt” komandaları arasında baş tutub.

Bu oyun “Xırdalan” klubunun 89:83 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular: “Xırdalan”dan Teyvion Körk (20 xal, 5 ribaund), “Sumqayıt”dan Nəzər Quliyev (21 xal, 8 ribaund) olublar.

Günün ikinci oyununda qrup liderliyi uğrunda “Neftçi” və “Xəzri” klubları üz-üzə gəliblər. Bu görüşdə “Neftçi” 80:67 hesablı qələbə qazanaraq A qrupundan lider kimi yarımfinala yüksəlib. Ən məhsuldar basketbolçular “Neftçi”dən Kamran Məmmədov (26 xal, 4 ribaund), “Xəzri”dən Oubri Makalpayn (26 xal, 5 ribaund) olublar.

Qeyd edək ki, B qrupunda yarımfinala vəsiqə qazanacaq sonuncu klubun adına “Sabah” - “NTD-İndoqö” oyunundan sonra aydınlıq gələcək.

 


26 Apr 2024
İdman

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.

26 Apr 2024
İdman

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli oldu - FOTO

Kişi şahmatçılar arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.

26 Apr 2024
İdman

Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan Boks Federasiyasının Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

25 Apr 2024
İdman

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycanın idman gimnastı Nikita Simonov İtaliyanın Rimini şəhərində keçirilən Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanıb.

25 Apr 2024
İdman

Avropa çempionatı: Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayır

Bu gün Azərbaycanın 7 cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Avropa çempionatında mübarizəyə başlayacaq.